“İki ölkə olaraq İsrail-Fələstin münaqişəsinin həlli üçün birgə səylərimizi davam etdirəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Madriddə İspaniya Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ərdoğan BMT Təhlükəsizlik Şurasının Qəzzada qəbul etdiyi atəşkəs qanun layihəsi ilə bağlı suala cavabında qeyd edib ki, əsas olan bu planın və qərarların səmimi şəkildə idarə olunması, kağız üzərində qalmamasıdır:
“Hazırda təəssüf ki, dünyanın taleyi 5 ölkənin (BMT üzvləri) əlindədir. Bu 5 ölkədən biri “yox” dediyi zaman məsələ bitir. Uşaqlar, qadınlar, jurnalistlər ölür, onlar isə əhəmiyyət vermirlər”.
Siyasət