Infoteka.az
Siyasət

Ukraynanın Aİ-yə üzvlüyünə dair danışıqların tarixi açıqlanıb

Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair danışıqlar iyunun 25-dən başlayacaq.

Bu barədə razılıq quruma üzv ölkələrin təmsilçilərinin görüşündə yekdilliklə əldə olunub. 

Belçikanın qurumdakı nümayəndəliyinin “X” hesabında yazılıb ki, adı çəkilən ölkə bununla bağlı hökumətlərarası konfransa ev sahibliyi edəcək:

İyunun əvvəlində Avropa Komissiyası Ukrayna və Moldovanın Aİ-nin tərkibinə daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyini yazıb, həmçinin bu ölkələrlə danışıqların ayın sonunadək başlanmasını tövsiyə edib.

Infoteka.az