Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev sabah Moskva ilə sülh danışıqlarına başlamağa hazırdır.
Bunu Zelenski İsveçrədə keçirilən Ukrayna üzrə sülh sammitindən sonra mətbuat konfransında deyib.
Bununla belə, o deyib ki, danışıqlar üçün bir şərtin yerinə yetirilməsi tələb olunur. Bu şərt isə odur ki, Rusiya Federasiyası ölkənin ərazi bütövlüyünə hörmət etməlidir.