Türkiyə Super Liqasının VIII turunda keçiriləcək "Beşiktaş" - "Fənərbağça" oyununun hakimləri açıqlanıb.
İnfoteka.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul derbisini Volkan Bayarslan idarə edəcək.
Referiyə yan xətt hakimləri Aleks Taşçıoğlu ve Serkan Ok köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Atilla Karaoğlan yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 2-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.