Infoteka.az
İqtisadiyyat

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda Bakıda keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Azərbaycana səfər edəcək.

Komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Rəyasət heyəti ilə görüşəcək.

O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Infoteka.az