Niderlandın hazırkı Baş naziri Mark Rütte bildirib ki, o, üç aylıq məzuniyyətə getməyi və daha sonra NATO-nun baş katibi kimi işə başlamağı planlaşdırır.
Bu barədə “NOS” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, gələn həftə NATO-nun baş katibi kimi yeni vəzifəsinin rəsmi elanı gözlənilir.
Eyni zamanda, Rütte qeyd edib ki, təyinata baxmayaraq, Haaqada yaşamağa davam etməyi planlaşdırır.