“Yaxın zamanlarda sərnişin stansiyalarının əksəriyyətində Wi-fi zonaları olacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb. Yəqin ki, sentyabr ayından ADY-nin xidmətindən istifadə edənlər rahatlıqla Wi-fi-yə qoşula biləcəklər”.
Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bildirib ki, noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransına diğər qurumlar kimi ADY da ciddi hazırlaşır:
“Məqsədimiz odur ki, yaxın zamanda həm ölkəmizə gələn qonaqlar, həm vətəndaşlarımız dəmir yolunun xidmətlərindən yetərincə istifadə etsinlər. Nəzərə alaq ki, hazırda turistlərin cəmi 10 faizi dəmir yolunun xidmətindən istifadə edir. Çalışırıq ki, həm xidmətin keyfiyyətini, həm də çeşidlərini artıraq. Bu hesaba da sərnişindaşımanın həcmini daha da böyüdək”.
Sosial