Ermənistan hökuməti Fələstini müstəqil dövlət kimi tanıyıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
“Beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi, dinc və yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Ermənistan Respublikası Fələstin Dövlətini tanıyır”, - deyə bəyanatda qeyd edilib.
Dünya