Infoteka.az
Hadisə

ABŞ-da yağışlar sel və daşqına yol açıb

Həftələrlə yağan yağışlar nəticəsində ABŞ-ın Ayova ştatında sel və daşqın olub.

Rok çayının daşmasıyla əlaqədar yerli vaxtla saat 2.00-da 4200 sakini olan Rok-Velli qəsəbəsi boşaldılmağa başlanıb.

Sakinlər qayıqlarla təxliyə olunub.

Sel və daşqınlarla əlaqədar bir neçə magistral, o cümlədən Su-Fols şəhərindən 29 km cənubdakı ştatlararası magistral da bağlanıb. Bir müddət sonra ştatlararası magistralda nəqliyyatın hərəkəti bərpa olunub.

Üç gün ərzində Su-Fols şəhərinə 17,7 sm yağış düşüb.

Infoteka.az