Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda bu gün mübarizəyə yekun vurulacaq.
Sonuncu - III turda İspaniya millisi Albaniya ilə, İtaliya yığması isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qrup liderliyini və 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edən ispaniyalılar üçün bugünkü qarşılaşma formal xarakter daşıyır. İtaliyalılar isə pley-offa qrup ikincisi kimi adlamaq üçün Xorvatiyaya uduzmamalıdır.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Avro-2024
B qrupu, III tur
24 iyun
23:00. Albaniya - İspaniya
23:00. Xorvatiya - İtaliya
Xal durumu: İspaniya - 6, İtaliya - 3, Albaniya - 1, Xorvatiya – 1.