2024-ci ilin yanvar-may aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 13,6% artaraq 643.8 milyon manata çatıb.
Bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 57,5% artaraq 274.8 milyon manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 5 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 30,7 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 42,7 manat olub.