Infoteka.az
Hadisə

Orbanın korteji Almaniyada qəzaya düşdü

Macarıstanın baş naziri Viktor Orbanın korteji Almaniyanın Ştutqart şəhərində hava limanına gedərkən qəzaya düşüb.

Bu barədə Bild nəşri yazıb.

Mənbə qeyd edir ki, korteji müşayiət edən polislərdən biri dünyasını dəyişib.

Qəzanın hava limanından təxminən 8 kilometr aralıda baş verdiyi deyilir.

Belə ki, BMW-nin sürücüsü, 69 yaşlı qadın Orbanın korteji üçün yaradılan maneəni görməyib və Macarıstan baş nazirinin avtomobilini müşayiət edən polisin motosikletinə çırpılıb. 

İkinci motosiklet şlaqbaumda gözləyən avtomobillərin üzərinə düşüb və toqquşma nəticəsində alışıb.

Qəza zamanı hər iki zabit ağır yaralanıb. 61 yaşlı polis xəstəxanaya aparıldıqdan bir müddət sonra dünyasını dəyişib.

Xatırladaq ki, Viktor Orban futbol üzrə Avropa çempionatının oyunlarına baxmaq üçün Almaniyada olub.

Infoteka.az