Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyada İtaliya "Milan"ına qarşı keçiriləcək UEFA Çemionlar Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.
İnfoteka.az report-a istinadən xəbər verir ki, bir neçə gün öncə səhhətində problem aşkarlanan 25 yaşlı hücumçu avrokubok matçında da iştirak etməyəcək.
Onunla yanaşı, enterovirusa yoluxan daha 4 oyunçu qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.
Emreli Xorvatiya çempionatınının XIV turunda "Hayduk"la səfər oyununda da analoji səbəbindən forma geyinməyib.
Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək "Dinamo" - "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.