Infoteka.az
İqtisadiyyat

Azərbaycanın magistral qaz kəmərlərindən əldə etdiyi gəlirləri artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 669 264,9 min manat təşkil edib, bu da illik müqayisədə 4,5% artım deməkdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 640 251,9 min manat səviyyəsində olub.

Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 133,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,2% artım müşahidə olunub. Qaz nəqlinin 50,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 5 582,1 mln. kubmetr qaz ötürülüb (1,28%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 516 082,5 min manat təşkil edib, bu da illik müqayisədə 8,1% artım deməkdir. Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).

Infoteka.az