Infoteka.az
Hərbi

Şimali Koreya ballistik raket sınaqdan çıxarıb

Yaponiyanın Nazirlər Kabineti Şimali Koreyanın ballistik raket sınaqdan çıxardığını açıqlayıb.

Cənubi Koreyaya aid Yonhap agentliyinin də hərbi mənbələrə istinadən yaydığı məlumatda şimal qonşusunun ballistik raket sınaqdan çıxardığı, amma sınağın uğursuz olduğu bildirilir.

Yaponiyanın Nazirlər Kabinetinin yaydığı məlumatda isə Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket atdığı, raketin Yaponiyanın dəniz sərhədləri xaricindəki sulara düşdüyü bildirilir.

Qeyd edək ki, Şimali Koreya vaxtaşırı qonşuları istiqamətinə ballistik raketlər buraxır, xüsusilə də cənub qonşusu tərəfə içi zibil dolu şarlar göndərir. Şimali Koreya Çənubi Koreyaya indiyə qədər təxminən 350 zibil balonu göndərib.

Infoteka.az