Rusiya Federasiyası Federal Məclisinin palatalarının ATƏT-in Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.
Bu barədə jurnalistlərə Dumanın Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, LDPR-in lideri Leonid Slutski məlumat verib.
“Rusiya Federasiyasının ATƏT PA-da nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı Federal Məclisin hər iki palatasının bəyanatının layihəsi Dövlət Dumasına təqdim edilib.
Biz bunu iyulun 3-də keçiriləcək plenar iclasda Federasiya Şurası ilə sinxron şəkildə nəzərdən keçirməyi təklif edəcəyik”, -deyə deputat bildirib.
Dünya