“Gürcüstan 2030-cu ilə qədər enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırır. Bunun üçün yeni elektrik stansiyalarının tikintisi həyata keçiriləcək. Bununla əlaqədar hökumətin qarşısında strateji vəzifə dayanıb”.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdəki çıxışı zamanı məlumat verib.
Kobaxidze qeyd edib ki, ölkə ərazisində yeni elektrik stansiyalarının tikintisi ilə bağlı 284 müqavilə imzalanıb. Onlardan 214-ü su elektrik stansiyası, 26-sı külək, 44-ü isə Günəş elektrik stansiyası olacaq:
“Biz Qara dənizin sualtı elektrik ötürücü kabeli layihəsi üzərində fəal işləyirik, onun texniki-iqtisadi əsaslandırması iyulda tamamlanacaq”, - deyə Kobaxidze vurğulayıb.
Dünya