Infoteka.az
İdman

Argentina Amerika Kubokunda növbəti qələbəsini qazandı

Futbol üzrə Amerika Kubokunda III tura start verilib.

ABŞ-da təşkil olunan turnirin A qrupunda Peru ilə qarşılaşan Argentina yığması 2:0 hesablı qələbə qazanıb.

Kanada - Çili qarşılşamasında isə qol vurulmayıb.

Qeyd edək ki, A qrupunda 9 xal toplayan Argentina 1/4 final mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Amerika Kubokunda debüt edən edən Kanada isə 4 xalla qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

Infoteka.az