Infoteka.az
Siyasət

Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol TƏSDİQLƏNDİ

2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Infoteka.az