Infoteka.az
Sosial

Bu gündən buraxılış tarixindən 8 il keçmiş avtomobillərə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək

Bu gündən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilməyəcək.

Bu, Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “Avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Infoteka.az