İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor filmə çəkildikdən sonra UFC-yə qayıdacağını açıqlayıb.
İnfoteka.az xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb .
"Film çıxana qədər mənim bir neçə döyüşüm olacaq" - deyə o bildirib. O əlavə edib ki, özünü inamlı və sakit hiss edir.
Avqustun əvvəlində məlum olub ki, Makqreqor "Yolun kənarındakı ev" döyüş filminin remeykində oynayacaq. Sosial şəbəkələrdə Makqreqor MMA karyerasını bitirəcəyinə işarə edib.