Infoteka.az
Siyasət

Çin ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir

Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır.

Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir.

Birgə Bəyannamə”də bildirilib ki, Çin ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir.

Infoteka.az