Infoteka.az
Siyasət

Prezident Astanada “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.

Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.

 

Infoteka.az