Infoteka.az
İdman

Aİ İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik edib

Aİ İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı təbrik edib, yeni hökumət ilə əlaqə saxlamağa hazır olduğunu bildirib.

Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.

“Biz İranda prezident seçkilərinin nəticələrini qeyd edirik və seçilmiş Prezident Məsud Pezeşkianı təbrik edirik. Aİ-nin kritik əlaqə siyasətinə uyğun olaraq yeni hökumətlə əlaqə saxlamağa hazırıq”, - sözçü qeyd edib.

Infoteka.az