Infoteka.az
Dünya

Borrellə Macarıstandan sərt cavab: "Sizdən icazə istəmirik"

"Bəlkə sizdən soruşmalıyıq, cənab Borrell, harada nahar edəcəyik? Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur".

Bunu Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin siyasi direktoru Balaj Orban Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin açıqlamasına münasibət bildirərkən deyib.

"Harada nahar edəcəyimizə və ya kiminlə görüşəcəyimizə qərar vermək üçün sizdən icazə istəmirik", deyə o, qeyd edib.

Xatırladaq ki, Borrel X sosial şəbəkəsində yazıb ki, Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində Avropa İttifaqını təmsil etmək mandatı almayıb. 

Infoteka.az