Çin dövlət başçısı Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumatda Çinin dövlət başçısı Si Cinpinin iyulun 8-də səhər saatlarında Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orban ilə görüşdüyü bildirilir. Qeyd edək ki, Orban iyulun 5-də, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 6-da Macarıstan lideri Şuşa şəhərində TDT-nin qeyri-rəsmi sammitində iştirak edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb.
Dünya