Infoteka.az
İdman

Gimnastlarımız Dünya Kubokunda iştirak edəcək

Bədii gimnastika üzrə Azərbaycan yığması Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək Çelenc Dünya kubokunda iştirak edəcək.

Yarış iyulun 12-14-də keçiriləcək.

Gimnastlarımız fərdi yarışda təmsil olunacaq. Turnirdə Zöhrə Ağamirova və İlona Zeynalova çıxış edəcəklər. Zöhrə üçün Rumıniyadakı yarış Paris-2024 öncəsi son sınaq olacaq.

Qeyd edək ki, fərdi yarışda 42 idmançı mübarizə aparacaq.

Infoteka.az