Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
İnfoteka.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir.
Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya döyüş tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu, müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.