Infoteka.az
Dünya

Ermənistan KTMT-dən çıxmaqla nə itirəcək?

Ermənistanla Rusiya arasında münasibətlər pisləşən templə davam edir. Bunun əsas səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın qərbmeyilli siyasət aparmasıdır. Belə ki, Ermənistanın mövcud hakimiyyəti ABŞ, Fransa kimi Qərb dövlətləri ilə əlaqələri gücləndirməklə yanaşı, həm də Rusiyadan uzaqlaşır. Bu isə rəsmi Moskvanın regiondakı təsir imkanlarının Qərbə satılması deməkdir.

Ermənistanın Rusiyadan uzaqlaşması özünü bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki əməkdaşlıqda da göstərir. Belə ki, həm Paşinyan, həm də digər rəsmilər dəfələrlə KTMT ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Hələ bir neçə ay əvvəl, daha dəqiq desək fevralda Paşinyan Ermənistanın KTMT daxilindəki fəaliyyətini de-yure dayandırdığını elan etmişdi. O, həmin vaxt bunun du-yure ola biləcəyini də istisna etməmişdi.

Həmin vaxtdan bu yana rəsmi İrəvan KTMT-nin tədbirlərində, o cümlədən hərbi təlimlərində iştirakdən imtina edir. Bu, artıq adət halı alıb.

İyun ayında parlamendə çıxışı zamanı isə hökumət başçısı söyləmişdi ki, növbəti addım KTMT-dən çıxmaq olacaq.

Infoteka.az