Terrorla mübarizədə əməliyyatlar aramsız olaraq davam edir.
İraqın şimalında Hakurk, Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində aşkarlanan 9 PKK terrorçusu zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalında Hakurk, Qara və "Pəncə-Kilid" əməliyyatı bölgələrində 9 PKK terrorçusu aşkarlanıb və həyata keçirilən əməliyyatla qarşıları alınıb.
Nazirlikdən verilən açıqlamada bu ifadələr işlədilib: "Əsgərlərin gəldiyini bilən olmaz, qayıtdıqlarını isə bilməyən qalmaz. Harada olurlarsa olsunlar, əsgərlər onları izləməyə davam edəcəklər”.