Infoteka.az
İdman

Amerika Kuboku: Uruqvay Kanadaya qalib gələrək üçüncü oldu

Amerika Kubokunun üçüncü yer uğrunda matçında Kanada və Uruqvay üz-üzə gəliblər.

Qarşılaşma ABŞ-nin Şarlott şəhərinin "Bank of Amerika" stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıblar: artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb. Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb: 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilərə daşıyıb: "El Pistolero" Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.

Penalti seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb - 3:4.

Beləliklə, Uruqvay milli komandası Amerika Kubokunun üçüncüsü olub.

Final qarşılaşması isə iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.

Infoteka.az