Infoteka.az
İqtisadiyyat

İqlim dәyişikliyi enerjiyә necә tәsir göstәrir?

İqlim atmosferi, quru səthi, qar ilə buzları, okeanları və bütün canlıları əhatə edən mürəkkəb və interaktiv sistemdir. Bu sistem həm öz daxili dinamikası ilə, həm də xarici amillərin təsiri ilə yavaş-yavaş dəyişə bilir.

Meteorologiya Xidmətinin məlumatlarına görə, tarix boyu iqlim sistemi çoxsaylı dəyişikliklərə məruz qalıb.

Qeyd etməliyik ki, qalıq yanacaqlar, torpaqdan istifadənin dəyişməsi, meşələrin qırılması və sənaye prosesləri nəticəsində atmosferə buraxılan istixana qazlarının yığılmasının sürətlə artması Yer kürəsinin orta səth temperaturunun yüksəlməsinə səbəb olub.

Yerdə və atmosferdə olan istilik enerjisi atmosfer və okean sirkulyasiyası nəticəsində yayıldıqdan sonra yenidən atmosferə buraxılır. Bu istiliyin bir hissəsi atmosferdəki istixana effektini tənzimləyən buludlar və istixana qazları tərəfindən udulur və yenidən atmosferə buraxılır. Beləliklə, yerin səthi və atmosferin aşağı təbəqəsi isinir. Yerin gözlənildiyindən daha çox isinməsinə səbəb olan və istilik balansını tənzimləyən bu proses təbii istixana effekti olaraq adlandırılır.

Qalıq və biokütlə yanacaqlarının istifadəsi istixana qazı emissiyalarının ən böyük mənbəyidir. Sement istehsalı karbon qazına səbəb olur, kənd təsərrüfatı və bərk tullantıların saxlanıldığı sahələr isə daimi metan qazı emissiyalarına səbəb olur. Gübrə istifadəsi, neylon istehsalı, azot monoksit, soyuducu və kondisionerlər flüor istixana qazı emissiyalarını artırır. Urbanizasiya  istilik adalarının, yəni şəhərlərdə daha isti  ərazilərin yaranmasına gətirib çıxarır.

Beynəlxalq hesabatlara görə, yer səthindəki temperaturda yaşanan dyişikliyin 95 faizi istixana qazları emissiyaları ilə bağlıdır.

İstixana qazları emissiyaları və artan qlobal temperatur mövsümlərə ciddi təsir göstərir. Beynəlxalq məlumatlara görə, xüsusilə Şimal yarımkürəsində yay fəsli 20-ci əsrin birinci yarısı ilə müqayisədə 20 faiz daha uzun müddət davam edir. Heç bir tədbir görülməsə, 2100-cü ildə şimal yarımkürəsində yay fəslinin orta hesabla 166 gün davam edəcəyi, qışın isə 31 gün olacağı bildirilir. 2100-cü ildə temperaturun 4 dərəcəyə qədər artacağı proqnozlaşdırılır.

Qlobal istiləşmənin ən dərin təsirləri Afrika, Cənubi Amerika, ada ölkələri və iqlim dəyişikliyinə ən az təsir göstərən cəmiyyətlərin yaşadıqları bölgələrdə müşahidə olunur.

Dünyada təxminən 3,6 milyard insan iqlim böhranının təsirlərinə məruz qalan bölgələrdə yaşayır.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, qlobal istixana qazı emissiyalarının yalnız bir hissəsinə cavabdeh olan Afrika qitəsi iqlim dəyişikliyindən qeyri-mütənasib şəkildə zərər görür.

Hazırda Çin və ABŞ ən yüksək karbon emissiyasına səbəb olan ölkələrdir.  Hindistan, Rusiya, Almaniya, İngiltərə və Yaponiya da karbon emissiyasına səbəb olan ölkələrdir.

Bəs, beynəlxalq ictimaiyyət bununla mübarizə üçün hansı addımları atır? İqlim dəyişikliyi ilə bağlı atılan ən mühüm addım Paris İqlim Sazişidir.

Razılaşma çərçivəsində 197 ölkənin yer sәthinin temperaturunun artımını 1,5 dərəcədən aşağı saxlamaq üçün birgə hərəkət etməsi nəzərdə tutulur.

Paris İqlim Sazişi ilə səmərəli və yaşıl enerjiyə qlobal keçid təşviq edilir.

Türkiyə 2053-cü ilə qədər atmosferə zərərli maddələrin emissiyasını sıfıra endirməyi planlaşdırır.  Bu səbəbdən, xüsusilə enerji istehsalında bərpa olunan enerji mənbələrinin dəstəklənməsi üçün fəaliyyət planı və yol xəritəsi müəyyən edilib. 

Atılan addımlar sayəsində 2024-cü ildə ilk dəfə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin miqdarı qalıq yanacaqları geridə qoyaraq 50 faizi ötdü. Bu göstəricinin hər il artırılması planlaşdırılır.

Infoteka.az