Infoteka.az
Dünya

ABŞ ordusu Suriyanın şimal-şərqinə hərbi qüvvə göndərib

ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin zəbt etdiyi Həsəkə vilayətindəki bazasına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib. 

ABŞ əsgərlərini daşıyan "Bradley" tipli zirehli maşınların da olduğu 40 maşından ibarət karvan Həsəkənin Şəddadi rayonundakı hərbi bazaya çatıb.

Konvoya həmçinin döyüş sursatı ilə dolu maşınlar, hazır otaqlar və Avenger Hava Hücumundan Müdafiə Sistemi silahları da daxildir. 

Karvanı ABŞ helikopterləri müşayiət edib.
 

Infoteka.az