Infoteka.az
Siyasət

R.T.Ərdoğan: ''Səkkiz il əvvəl olduğu kimi, bu gün də çiyin-çiyinəyik, birik, bərabərik''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında 15 iyul- Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım mərasimində çıxış edib.
Anım mərasiminə qatılanlara minnətdarlığını bildirən Rəcəb Tayyib 
Ərdoğan deyib: “Bu gün mənim əziz xalqımın dirçəldiyi, birləşdiyi, ucaldığı, çaylar kimi daşdığı gündür. Bu gün əziz xalqımın FETÖ-cü çevrilişçilərə qarşı yazdığı müqvimət dastanının 8-ci ildönümüdür. Səkkiz il əvvəl olduğu kimi, bu gün də çiyin-çiyinəyik, birik, bərabərik''. 
Bu xalqın bir üzvü və Türkiyənin Prezidenti olaraq bu qardaşlıq mənzərəsindən məmnunluğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm birlik və həmrəyliyə, dosta güvən, düşmənə isə göz dağı verən bu duruşuna görə hər kəsə təşəkkürünü bildirib.

Həmin gecə FETÖ-cü xainlərə dəstək verənləri bir daha utancla xatırladıqlarını bildirən Türkiyə Prezidenti deyib:“Bəzilərinin “15 iyul qiyamı”na ləkə yaxmaq cəhdlərini kədərlə izləyirik. 15 iyulun unudulmasına icazə verməyəcəyik".

Infoteka.az