Ayda astronavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəyi mağaranın olduğu təsdiqlənib.
''Nature Astronomy'' jurnalında dərc edilən araşdırma nəticələrinə görə, alimlər ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kəşfiyyat vasitəsinin ölçmələrini təhlil ediblər.
Mağaranın "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təxminən 400 kilometr aralıda yerləşdiyini ifadə edən alimlər mağaranın lava tunellərinin çökməsi nəticəsində əmələ gəldiyini bildiriblər.
Alimlər qeyd ediblər ki, bu mağara Ayın sərt ekoloji şəraitindən qorunduğu üçün gələcəkdə uzunmüddətli missiyalar üçün astronavtlara ev sahibliyi edə bilər.