ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nigerdəki təxminən 300 əsgərin sentyabrın 15-dək ölkədən çıxacağını açıqlayıb.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
Nigerdəki ABŞ əsgərlərinin vəziyyətini qiymətləndirən S.Sinq hərbi personalın iyulun 7-də Niameydəki 101-ci hərbi hava bazasından çıxdığını bildirib.
ABŞ-ın Nigerdə 300-ə yaxın əsgərinin qaldığını bildirən S.Sinq hərbçilərin sentyabrın 15-dək ölkədən təhlükəsiz və nizamlı şəkildə çıxacaqlarını vurğulayıb.
Martın 17-də Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin ölkəni tərk etmələrini tələb edib.
Nigerdə 1000-ə yaxın əsgəri və Aqadez şəhərində pilotsuz uçuş aparatı bazası olan ABŞ-ın sentyabrın ortalarına qədər ölkəni tərk edəcəyi açıqlanıb.