“Beynəlxalq hüquqi nizamın əsasları sınaqdan keçirilir. Bütün ölkələr BMT Nizamnaməsinə sadiq deyil, ABŞ onun müstəsnalığına əmindir. Həmçinin Minsk razılaşmaları da daxil olmaqla, BMT-nin bir çox qətnamələrinə məhəl qoyulmur. ABŞ-ın Yaxın Şərqlə bağlı qətnamələrə sabotajı haqqında sonsuz danışa bilərik”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Lavrov qeyd edib ki, NATO-nun ehtiyatsız genişlənməsi 2014-cü ilin fevralında təşkil edilən çevrilişlə başlayan Ukrayna böhranına da səbəb olub:
“Ukraynada azlıqlar məsələsinin boğulması böhranı daha da pisləşdirir”.
Rusiya XİN başçısı Oruellin “Heyvan ferması” hekayəsindən sitat gətirib:
“Bütün heyvanlar bərabərdir, lakin bəziləri digərlərindən daha bərabərdir”.
Dünya