Türkiyə nümayəndə heyəti Nigerdə görüşlər keçirəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Halük Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar Nigerdə görüşlər keçirəcəklər.
Səfər çərçivəsində iki ölkə arasındakı əməkdaşlığı gücləndirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.
Görüşlərdə regional məsələlər, xüsusilə Sahel bölgəsindəki proseslər və İsrailin Fələstin torpaqlarına hücumları da qiymətləndiriləcək.
Qeyd edək ki, türk şirkətləri Nigerdə enerji, mədənçilik və müqavilə sektorlarına investisiyalar yatırıblar.