Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyn, Qvatemala, Bosniya və Herseqovina və Serbiyanın səfirlərini qəbul edib.
Prezident İqamətgahında baş tutan görüşdə Bəhreyn səfiri Bassam Əhməd, Qvatemala səfiri Eduardo Enrique Hernandez Recinos, Bosniya və Herseqovina səfiri Mirsada Colakovic, Serbiyanın səfiri Aca Yovanovic etimadnamələrini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediblər.
Səfirlər mərasimdən sonra Rəcəb Tayyib Ərdoğanla xatirə şəkli çəkdirdilər.
Prezident Ərdoğan daha sonra 4 ölkənin səfirini ayrı-ayrılıqda qəbul edib.