Infoteka.az
Dünya

Misir və Almaniya XİN rəhbərləri Qəzza məsələsini müzakirə ediblər

 

Misir Qəzza zolağında atəşkəsin təmin olunması üçün İsrailə təzyiq göstərilməsini istəyib.
Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Bədr Abdulati ilə almaniyalı həmkarı Annalena Berbok arasında telefon danışığı olub.
Misir-Avropa İttifaqı arasındakı əlaqələrin yaxşılaşdırılması üçün Almaniyanın dəstəyini gözlədiklərini ifadə edən Bədr Abdulati ölkəsinin Qəzzada atəşkəsin təmin olunması üçün aparılan danışıqlara verdiyi dəstəktən danışıb.
Misirli nazir BMT Təhlükəsizlik Şurasının müharibənin dayandırılması və humanitar yardımın ölkəyə daxil olmasını təmin edən qətnamələrinin yerinə yetirilməsi üçün İsrail hökumətinə təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlamışdı.
Co Bayden bu təklifin İsrailə aid olduğunu desə də, İsrailin baş naziri Benyamin Netanyahu müəyyən edilmiş hədəflərə çatana qədər Qəzzaya hücumların davam edəcəyini bildirmişdi.
Netanyahu iyunun 3-də Parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışında İsrailin təklifi ilə Co Baydenin təklif etdikləri arasında “boşluqlar” olduğunu iddia etmişdi.

Infoteka.az