Türkiyənin xarici işlər naziri Hakan Fidan Niger xarici işlər, əməkdaşlıq və xaricdə yaşayan nigerlilər naziri Bakari Yaou Sanqare ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bildirilib.
Nazir Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Halük Görgün, ticarət nazirinin müavini Özgür Volkan Ağar ilə Nigerin Baş naziri və iqtisadiyyat və maliyyə naziri Əli Mahamane Lamine Zeinenin sərdrliyi ilə təşkil edilən birgə toplantıda iştirak edib.
Diplomatik qaynaqlar Hakan Fidanın Nigerdə keçirəcəyi görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələr ilə bu çərçivədə əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün atılacaq addımlar, Sahel bölgəsindəki aktual məsələlər və İsrail-Fələstin mövzularının müzakirə ediləcəyini açıqlamışdı.