“Microsoft Azure” bulud saxlama platformasındakı nasazlıqdan sonra ABŞ-da 2,3 mindən çox reys ləğv edilib.
Bu barədə “CNN“ telekanalı “Cirium” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda ABŞ-də bütün daxili uçuşların 8,9%-i, ümumilikdə 2382 reys ləğv edilib.