Infoteka.az
Dünya

Bayden və Ursula fon der Leyen Ukraynaya yardımı müzakirə ediblər

Amerika lideri Co Bayden ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı baş tutub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Bayden və Avropa Komissiyasının rəhbəri Ukraynaya dəstək və Rusiyaya qarşı əks tədbirləri müzakirə ediblər.

Bayden həmçinin fon der Leyeni vəzfəyə yenidən seçilməsi münasibətilə təbrik edib.

Infoteka.az