Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan xalqına baş verən yanğınlarla əlaqədar ''keçmiş olsun'' arzularını çatdırıb.
Rəcəb Tayyib Ərdoğan Bolqarıstan prezidenti Rumen Radevin rəsmi internet səhifəsində etdiyi paylaşıma münasibət bildirib.
Rəcəb Tayyib Ərdoğan etdiyi paylaşımda bu ifadələrə yer verib: "Əziz həmkarım, Türkiyə çətin anlarda dostları ilə həmrəy olmağa davam edəcək. Öz adımdan və xalqım adından Bolqarıstan xalqına ''keçmiş olsun'' arzularımı və salamlarımı çatdırıram”.
Qeyd edək ki, Bolqarıstan prezidenti Rumen Radev ölkəsinin Svilenqrad bölgəsində baş verən yanğınların nəzarət altına alınmasına dəstək verdiyi üçün Türkiyəyə təşəkkür etmişdi.