Bu gün UEFA Çempionlar Liqasında üçücnü təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşəcək. Ağdam klubu səpələnmişlər səbətində yer alıb.
"Qarabağ" ikinci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu keçərsə, növbəti mərhələdə aşağıdakı cütlüklərindən biri ilə qarşılaşacaq:
"Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri
Səpələnməmişlər
"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya) – "Sparta"(Praqa, Çexiya) cütünün qalibi
APOEL (Kipr) – "Petrokub" (Moldova) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.
İdman