"Əgər Donald Tramp seçkidə qalib gələrsə, Ukraynada müharibə daha tez bitəcək və müvafiq olaraq regionumuzda sabitlik yaranacaq".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan kimi ölkə ABŞ-də baş tutacaq seçkiyə hər hansı formada müdaxilə edə bilməz.
İrakli Kobaxidze əlavə edib ki, regionda sülh olarsa, Gürcüstana münasibət də dəyişəcək.