Infoteka.az
İdman

UEFA Çempionlar Liqası: "Qarabağ" "Linkoln"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək.

Böyük maraqla gözlənilən görüşdə son Azərbaycan çempionu "Qarabağ" Cəbəllüttariq çempionu "Linkoln"la üz-üzə gələcək.

Gərgin mübarizə vəd edən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

23 iyul 

UEFA Çempionlar Liqası ıı təsnifat mərhələsi 

"Linkoln" - "Qarabağ" 

Saat 20:00, "Victoria Stadium"

Baş Hakim: İştvan Vad

 

Anar Həsənov

Infoteka.az