Azərbaycanda 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə cəzalar müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə əlavə edilən yeni - 176-2-ci maddədə əksini tapıb.
Qanuna əsasən, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.