Azərbaycanda iyulun 24-dən hava şəraiti dəyişir.
İyulun 24-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi qısa müddətə sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Bu barədə "infoteka.az"-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 24-26-da bölgələrdə fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Tovuz, Goranboy, Ağdam, Füzuli, Zərdab, Neftçala, Sabirabad, Göyçay, Şahbuz, Naxçıvan, Ordubad, Culfa, Qobustan, Balakən, Zaqatala, Şəkidə şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.