Infoteka.az
Sosial

Yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanan avtomobillər cərimələnəcək

Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə nəzərdə tutulub.

Cərimənin məbləği 80 manat müəyyən edilib. Bundan əlavə, həmin səbəbə görə cərimədən əlavə 2 bal inzibati tənbeh tədbiri də müəyyən edilir.

Eyni zamanda, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə nəzərdə tutulub.

Infoteka.az